Almaniyada işləməyə gedən Gürcüstan vətəndaşlarının nəzərinə
İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Məsələlər naziri Ekaterine Tikaradze Almaniya Federativ Respublikasının fövqəladə və səlahiyyətli səfiri Hubert Knirsch ilə görüşüb.
InterPress.ge xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, tərəflər Almaniyada müvəqqəti qanuni çalışma barəsində danışıblar.
Mətbuat xidmətindən verilən məlumata görə, Gürcüstan vətəndaşları üç ay müddətində Almaniyanın əmək bazarında müvəqqəti qanuni halda çalışa biləcəklər.
“Almaniyada mövsümi işlərə 1 apreldən başlanacaq. Qeydiyyat 15 fevral tarixindən mümükün olacaq və il boyu davam edəcəkdir. Əkinçilik sektorunda iş, mövsümi çalışmada mövcuddur. İş axtaran ilk dəfə http://workabroad.gov.ge/ xüsusi qeydiyyat portalında qeydiyyatdan keçir.
Mövsümi iş üçün müraciət edənlər aşağıdakı tələblərə cavab verməlidir:
• Gürcüstan vətəndaşı olmalıdır;
• Yaş: 18 yaşdan 60 yaşadək;
• Almaniyaya getməzdən əvvəl 3 ay ərzində Şenqen bölgəsinə səyahət etməmişdir;
• Fiziki sağlamlıq;
• Məhsul yığımında iş təcrübəsi və motivasiya;
• Ölkəyə yenidən girişini məhdudlaşdıran hər hansı bir səbəb (pozuntu) olmaması;
İbtidai ünsiyyət səviyyəsində Alman və ya İngilis dili bilikləri (qrupda işləmə vəziyyətində ən azı bir üzvün Alman və ya İngilis dilində ünsiyyət qurmağı bacarması mütləqdir). Dil biliklərinin tələbi işəgötürən tərəfindən müəyyən edilir”, - deyə İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial İşlər Nazirliyindən bildirilib.
Nazirlikdən verilən məlumaga görə, mövsümi işlərdə çalışma fərqli mövsümi məhsulların yığılması deməkdir.
"İş müddəti bir aydan üç aya qədərdir; İş günləri: həftənin beş-altı günü, gündə səkkiz-on saat. Minimum əmək haqqı - saatda 9.50 avro; vergilər, yemək və yaşayış xərcləri çıxılır.
İşlə təmin etmə agentliyinin əməkdaşları konkret vakansiya haqqında məlumat alması halında, iş axtaranlarla əlaqə saxlayır. Xidmət mərkəzinə müraciət edən şəxs elektron şəxsiyyət vəsiqəsi və / və ya Gürcüstan vətəndaşının biometrik pasportunu yanında aparmalıdır.
Müəyyən vakansiya üçün müraciət edənlər haqqında məlumatlar Alman işəgötürəninə göndərilir. İşə dair son qərar Alman işəgötürən tərəfindən verilir. Qərar hər bir müraciət edənə çatdırılır. Alman işəgötürəninin müsbət qərarı olduğu təqdirdə işəgötürən işə başlamaq istəyən şəxsə Almaniyaya getmədən əvvəl tərəflər arasında imzalanacaq əmək müqaviləsi göndərir", - İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlər Nazirliyi, Əmək, Səhiyyə və Sosial Məsələlər Nazirliyinin məlumatında bildirilir.
Nazirlikdən bildirildiyinə görə, iş axtaranlar üçün işlə əlaqəli xidmətlər tamamilə pulsuzdur.


