11 
Fev
2021
14:06
441

Kaladze: Mixeil Saakaşvili əsasən destruksiya ilə məşğuldur, qarışıqlıq, qarşıdurma gətirmək üçün böyük bir istəyi var"

"Mixeil Saakaşvili əsasən destruksiya ilə məşğuldur, qarışıqlıq, qarşıdurma gətirmək üçün böyük bir istəyi var, amma heç kim ölkədə inqilab təşkil edə, gürcü xalqını qütbləşdirə bilməyəcək".

InterPress.ge xəbər verir ki, bu barədə paytaxt meri, Gürcü Arzusunun baş katibi Kaxa Kaladze açıqlama verib.

Onun sözlərinə görə, qanun çərçivəsində hər kəsə layiqli cavab veriləcək.

“Saakaşvilinin belə açıqlama verməsi ilk deyil, bunu son illər ərzində eşidirik. Bu, əsasən destruksiya ilə məşğul olan və ölkəyə qarışıqlıq və qarşıdurma gətirmək arzusunda olan adi bir kriminal insandır, amma təkrar edirəm, heç kim inqilab, qarşıdurma, gürcü xalqının qütbləşməsi və s. təşkil edə bilməyəcək", - dedi Kaladze.

Xatırladaq ki, Mixeil Saakaşvili Gürcüstanda itaətsizlik hərəkətlərinin geniş miqyasda həyata keçirilməsi gərəkdiyini söyləmişdi: "Cərimələri ödəməyəcəyimiz, məhdudiyyətlərə əməl etməyəcəyimizlə barışmalıyıq", - Saakaşvili bildirmişdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər