11 
Fev
2021
11:31
5479

16 yaşına çatmamış yeniyetmə ilə seksual əlaqə quran şəxs saxlanıldı

Kobuleti polisi 16 yaşına çatmamış qızla seksual əlaqə qurmaq ittihamı ilə gənci saxlayıb.

İnterPress.ge xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyindən məlumat yayılır.

Verilən məlumata görə, Acarıstan Polis İdarəsinin Kobuleti rayon şöbəsinin əməkdaşları istintaq və prosessual tədbirlər nəticəsində 1997-ci il təvəllüdlü N.T.-nı hakimin qərarı əsasında saxlayıb.

"On altı yaşına çatmamış şəxslə cinsi əlaqədə olmaqda günahlandırılır. Cinayət 7 ildən 9 ilədək həbs cəzası nəzərdə tutur. İstintaq şübhəlinin Kobuleti Bələdiyyəsində 16 yaşına çatmamış 2006-cı il təvəllüdlü qızla cinsi əlaqədə olduğunu təsbit etdi. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 140-cı maddəsi ilə istintaq aparılır”- idarənin yaydığı məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər