10 
Fev
2021
12:39
359

Vake Parkda, reabilitasiya dövründə ev heyvanları üçün gəzinti sahəsi ayrılacaqdır

Vake Parkda, reabilitasiya dövründə ev heyvanları üçün gəzinti sahəsi ayrılacaqdır.

InterPress.ge xəbər verir ki, bu haqda Tibilisi meri Kaxa Kaladze məlumat yayıb.

Paytaxt meri Kaxa Kaladzenin sözlərinə görə, reabilitasiya dövründə Vake Parkında ev heyvanlarının gəzə biləcəyi bir sahə ayrılacaq.

Tbilisi Hökumətinin iclasında qeyd etdiyi kimi, genişmiqyaslı bərpa işləri səbəbindən Vake Parkı tamamilə bağlandı.

“Mövcud bərpa işləri ilə əlaqədar olaraq Vake Parkı tamamilə bağlandı. Yerli əhali ilə ünsiyyət qurduq və istəkləri bizə heyvanların rahat bir şəraitlə təmin etmək üçün bir az yer ayırmaq idi. Əlbətdə ki, bütün bunları nəzərə aldıq. Bu ünsiyyət nəticəsində bu gündən etibarən insanların reabilitasiya dövründə ev heyvanlarını gəzə biləcəyi bir sahə ayrılacaq. Tələbim bu məkan və yeri barədə ictimaiyyətin mümkün qədər məlumatlı olmasıdır. Sosial şəbəkələr və media vasitəsi ilə bu mövzuda maksimum məlumat verək” - dedi Kaxa Kaladze.

Tbilisi Bələdiyyəsi Ətraf Mühitin Mühafizə Xidməti Vake Parkın tam miqyaslı bərpa işlərini aparır. Sözügedən işlərin birinci mərhələsində müəyyən zonalar mərhələ-mərhələ bağlanmış və genişmiqyaslı işlər aparılır. Təhlükəsizlik səbəbindən Tbilisi meriyasının qərarı ilə turistlər üçün park tamamilə bağlanmışdır. Tikinti işlərinin 2021-ci ilin sonuna kimi tamamlanması planlaşdırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər