10 
Fev
2021
12:04
1526

Amnistiya nəticəsində sərbəst buraxılan məhkumların sayı açıqlandı

Amnistiya nəticəsində artıq 189 məhkum həbsxanalardan azad edilib.

InterPress.ge xəbər verir ki, Penitensiar Xidmət bu barədə məlumat yayır.

İdarədən verilən məlumata görə, "Əfv haqqında" qanun 11 yanvar 2021-ci ildə parlament tərəfindən qəbul edildi və 9 fevral tarixinə 170 məhkum və 19 müttəhim cəzaçəkmə müəssisələrini tərk ediblər.

“170 məhkumdan 83 nəfər məhkəmənin qərarı ilə dərhal həbsdən azad edildi. 53 məhkum cəzasının yarısının azaldılması nəticəsində həbsxananı tərk etdi.

33 məhkum cəzanın dörddə birinin azaldılması nəticəsində sərbəst buraxıldı.

Bir məhkumun cəzası ev dustaqlığı ilə dəyişdirildi.

Qeyd edək ki, bir ömürlük həbs cəzasına məhkum edilən şəxsin çıxma tarixi (2026) təyin edildi. Həbsxanalardan azad edilmiş 170 məhkumdan 10 sərbəst buraxılan məhkum qadındır.

2 qadın məhkum cəzalarının dörddə birinin azaldılmasından sonra həbsxanadan buraxıldı.

4 məhkum qadının həbs cəzası ev dustaqlığına dəyişdirildi.

Xüsusi Penitensiar Xidmətdən məhkəmələrə ümumilikdə 4055 məhkum işi göndərilib. Amnistiya prosesi davam edir, çünki hər bir məhkumun sərbəst buraxılması məsələsinə məhkəmə baxacaq və məhkəmə qərarı əsasında həbsxanaları tərk edəcəklər", - deyilir məlumatda.

Bizimlə əlaqə saxlayın