17 
Mar
2020
22:27
779

Acarıstanda bazar və ticarət obyektləri bağlanır

Acarıstan Muxtar Respublikasında koronavirusun yayılmasının qarşısını almaq üçün bölgədəki bazarlar və bütün ticarət obyektləri müvəqqəti bağlanacaq.

InterPress.ge xəbər verir ki, bu haqda Acarıstan hökuməti qərar alıb.

Gürcüstanın İctimai Televiziyasının verdiyi məlumata görə, məhdudiyyətlər aprelin 1-dək qüvvədə olacaq. Bu dövrdə Batuminin ən böyük Hop bazarındakı pərakəndə satış obyektlərinin bütün icarəçiləri kirayə pulundan azad ediləcək.

Qadağa aptek və ərzaq sektorlarının nümayəndələri üçün şamil edilmir.

Acarıstan hökuməti üzvlərinin açıqlamasına görə, bölgənin həm ərzaq, həm də digər mallarla kifayət qədər təchizatı var, buna görə bölgə sakinlərinin narahat olacağı bir şey yoxdur. Üstəlik, Muxtariyyətin Kənd Təsərrüfatı Nazirliyi bölgədəki məhsulların ehdiehtiyatını və qiymətlərini nəzarətdə saxlayır.

Bizimlə əlaqə saxlayın