09 
Fev
2021
23:06
399

Azərbaycan daha 5 erməni "əsiri" qaytardı

Azərbaycanla Ermənistan arasında əsirlərin növbəti dəyişdirilməsi prosesi baş tutub.

InterPress.ge xəbər verir ki, bunu Qarabağdakı rus sülhməramlı kontingentin rəhbəri general Rüstəm Muradov deyib.

"Bu gün ərislərin növbəti dəyişdirilməsi baş tutub. Rus sülhməramlılarının şəxsən mənim nəzarətim altında apardıqları iş nəticəsində Rusiya Hərbi Kosmik Qüvvələrinin təyyarəsilə əsirlikdə olan bir nəfər Bakıya çatdırıldı, 5 nəfər isə İrəvana qaytarıldı”, - Muradov bildirib.

Qeyd edək ki, bundan öncə də R.Muradov bir azərbaycanlı əsiri Bakıya gətirmiş, 5 erməni "əsiri" qaytarmışdı.

Xatırladaq ki, Azərbaycan DTX-nın antiterror əməliyyatı ilə ələ keçirdiyi erməni silahlılarını rəsmi Bakı hərbi əsir deyil, terrorçu olduğunu elan edib.

Bizimlə əlaqə saxlayın