Fevralın 13-dək Gürcüstanda havanın temperaturunun artacağı gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyindən məlumat verilib.
Sinoptiklərin verdiyi məlumata görə, gün ərzində hava istiliyinin Qərbi Gürcüstanın aran bölgələrində +17, +22, şərqi Gürcüstanın aran bölgələrində +14, +19 olacağı gözlənilir.
Məlumata əsasən,Tbilisidə yağmur gözlənilmir. Havanın temperaturu gün ərzində +16, +18 dərəcə olacaq.
.jpg)