Kordinasiya Şurası yeni qərar qəbul etdi
5-ci sinifdən 12-ci sinifə bütün şagirdlərin məktəbdə maska taxması məcburi olur.
InterPress.ge xəbər verir ki, qərar Gürcüstanın Baş nazirinin rəhbərlik etdiyi İdarələrarası Koordinasiya Şurası tərəfindən bu günkü iclasda qəbul edilib.
Şura iclasında, epidemioloji vəziyyətə mənfi təsir göstərməməsi və yüngülləşdirilən məhdudiyyətlərin yenidən tətbiq edilməməsi baxımından atılan hər addımın tədbirli, ağıllı və davamlı olmasının vacibliyi vurğulanıb. Buna müvafiq olaraq, Şuranın qərarına əsasən, müsbət nisbətin 4% əhatəsində saxlanılması halında, ölkədə qüvvədə olan məhdudiyyətlərin tədricən qaldırılmasının davam edəcəyi qeyd edilib.
Eyni zamanda, virusun coğrafi və ya fərqli sosial qruplara yayılması da daxil olmaqla, yoluxma hallarını mümkün qədər tez aşkarlamaq üçün intensiv testlər aparılacaqdır.
Maskadan düzgün istifadə və sosial məsafənin qorunmasının vacibliyi bir daha vurğulanıb. Maskalardan maksimum istifadə, intensiv test və aşılamanın iqtisadiyyatı açmağa, sürətlə bərpa etməyə və ən qısa müddətdə normal həyata qayıtmağa kömək edəcək ən vacib tədbirlərin birləşməsi olduğu qeyd edildi. Bundan əlavə, bu tədbirlərin birləşməsi ölkəni yay turizm mövsümünün xilası və xarici qonaqları təhlükəsiz bir mühitdə qəbul etməsini təmin edəcək ki, bu da iqtisadiyyat üçün əlavə oksigen olacaqdır.
Şura, peyvəndin ölkəyə daxil olması ilə əlaqədar lojistik və əməliyyat məsələləri, beynəlxalq tərəfdaşlar və istehsalçılar ilə danışıqlarla əlaqələr məsələləri də müzakirə edib. Məlum olduğu kimi, Gürcüstan fevral ayının sonuna qədər "Pfizer" peyvəndinin ilk dozalarını alacaq. Milli plana görə peyvəndləmə tibb işçiləri ilə başlayacaq. Birinci mərhələdə peyvəndlərin yalnız xəstəxana sektorunda aparılacağı qeyd edilib. Eyni zamanda, peyvəndin növbəti dozalarının ölkəyə ən qısa müddətdə daxil olmasını təmin etmək üçün intensiv işlərin davam etdiyi və bunun üçün əsas ilkin şərtin Ümumdünya Səhiyyə Təşkilatının avtorizasiyası və peyvəndin beynəlxalq səviyyədə tanınmasının olduğu qeyd edilib.


