Dqebuadze: "Bütün ümumi təhsil müəssisələrinə yenilənmiş tövsiyələr verilmişdir"
"Bütün ümumi təhsil müəssisələrinə yenilənmiş tövsiyələr verilmişdir".
InterPress.ge xəbər verir ki, Təhsil nazirinin müavini Ekaterine Dqebuadze bu barədə məlumat verib.
O, məktəbə valideynlə ünsiyyət strategiyası sənədi hazırlamaq vəzifəsi verildiyini söyləyib.
“Artıq məlum olduğu kimi, 15 fevraldan etibarən böyük şəhərlərdə, Tbilisi, Kutaisi və Rustavidə tədris prosesi sinif otaqlarında davam edəcəkdir. Bu baxımdan bütün ümumi təhsil müəssisələrinə yenilənmiş tövsiyələr verilmişdir. Valideynlərin nəzərinə çatdırmaq istərdim ki, məktəb valideyn ilə ünsiyyət strategiyası sənədinin hazırlanmasından məsuldur. Bu baxımdan, məktəbin pandemiya dövründə yaşanan çətinliklərin öhdəsindən necə gəldiyi, təhsil prosesinin təşkili, təhlükəsizlik və sanitariya ilə əlaqəli vacib məlumatları əldə edə bilərsiniz", - dedi Ekaterine Dqebuadze.


