Məktəblərdə bu sinif şagirdləri üçün maska taxmaq məcburi oldu
"Beşinci sinifdən yuxarı şagirdlərin maska taxmaları vacib olacaq".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil Naziri Mixeil Çxenkeli Koordinasiya Şurasının iclasından sonra açıqlama verib.
Nazirin sözlərinə görə, bu qərar mövcud müsbət dinamikanı qorumaq üçün Koordinasiya Şurası tərəfindən verilib.
“Bildiyiniz kimi, 15 fevral tarixindən Tbilisi, Kutaisi və Rustavi məktəblərində təhsil prosesi siniflərdə davam edəcək. Buna uyğun olaraq, bütün məktəblərdə beşinci sinifdən yuxarı şagirdlərin maska taxmalarının lazım olduğuna dair qərar aldıq. Ətraflı təlimata gəlincə, bu gün məktəblərə paylanacaq və bütün məktəblər bu barədə valideynlərlə əlaqə quracaqdır. Bu, artıq sabah başlayacaq. Artıq mövcud olan yaxşı dinamikanı qorumaq üçün hər şey edilir. Bu yaxşı xəbərdir, amma qorunması lazımdır. Bildiyiniz kimi, Tbilisi, Rustavi və Kutaisidən əlavə digər məktəblərdə də siniflərdə tədris prosesi başlamışdır. Proses sakit gedir və bunun qorunmağa ehtiyacı var. Bazar ertəsi günü Kutaisi, Tbilisi, Rustavi buna əlavə ediləcək. Təlim prosesi bütün məktəblərin siniflərində davam edəcək və burada əsas olan uşaqlarımızın, övladlarımızın sağlamlığıdır. Bütün məktəblər tam hazırdır, yaş nöqtələr də daxil olmaqla infrastruktur baxımından təmin edilmişdir və tibbi protokolun bütün hissələrinə ciddi əməl ediləcəkdir. Məktəb hər kəs üçün təklükəsiz bir yer olmalıdır, təhlükəsizdir və elə də olacaq", - dedi Mixail Çxenkeli.
Onun sözlərinə görə, tədris prosesinin təbii mühitə, siniflərə qayıtması böyük bir nailiyyətdir və distant formata keçməmək üçün bunu qorumaq vacibdir.
"Protokolu təfərrüatlı şəkildə nəzərdən keçirəcəyik, detallı protokol hazırlanaraq və məktəblərə paylanacaq. Bir daha təkrarlamaq istəyirəm, təbrik ediləsi xəbərdir ki, tədris prosesi təbii mühitə qayıdır. Hamımız bunu qoruyub-saxlamaq istəyirik ki, bir daha distant formata keçməyək", - dedi Çxenkeli.


