08 
Fev
2021
18:25
1575

Saakaşvili Gürcüstanda edilən itaətsizlik aksiyasına münasibət bildirdi

"Nə vaxt ki, soyğunçu hakimin paltarına bürünüb, nə vaxt ki, ayaqqabı oğruları prokururluğu fəth edib və 90-cı illərin İmereti şahının əsas kassirindən (İvanişvili) təlimat alır, bizim səhvimiz onların qanununu qəbul etmək olar".

InterPress.ge xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bu barədə Facebook səhifəsində yazıb.

Saakaşvilinin sözlərinə görə, Gürcüstanda hakim kabinetlərində bu cür insanların olmadığı zaman və "oliqarxın müxtəlif bunkerlərindən təlimat almayacaqları zaman" qanun həqiqi olacaq.

“Dünənki itaətsizlik aksiyaları Gürcüstanda geniş miqyasda edilməli olan işlərin ilk qaranquşudur.

Çünki gələcəkdə Gürcüstanda yenə də dövlətin, dövlət qurumlarının, hüququn olduğu və bu qanunlara və dövlətə tabe olmağımız illuziyasını yaratsaq, özümüzü praktiki olaraq aldadırıq və İvanişvilinin dövlətimizi sona qədər basdırmasına kömək edirik.

Hamımız deməliyik ki, bu "dövlət"ə doğru hər hansı itaətsizlik aktı, əlbəttə ki, sivilizasiya daxilində, başqa vətəndaşlara problem yaratmamaq əhatəsində, gələcəyin bizim üçün və uşaqlarınız üçün olmağını istəyiriksə, bu yalınız haqqımız deyil, həm də vəzifəmizdir - gələcək istəyirik? Cərimələri ödəməməklə barışmalıyıq, məhdudiyyətləri yerinə yetirməməklə barışmalıyıq, hansı ki, özləri də buna riayət etmir. Cərimələri ödəməyəcəyik, hansı ki, özləri özlərinə yazmır. Onların özlərinin əməl etmədikləri qaydalara riayət etməyəcəyik.Yalnız onların lehinə mühakimə edilən məhkəmələrə itaət etməyəcəyik. Saxlamaları da daxil olmaqla, repressiyalarından qorxmayacağıq, çünki biz daha çoxuq və hamını həqiqətən də saxlaya bilməyəcəklər və hamıya təzyiq göstərə bilməyəcəklər. Biz onların sistemlərini onurğasında beləcə qıracağıq, hansı ki, tam qanunsuzluğa və həqiqi soyğunçuluğa əsaslanır!”, - deyə Mixeil Saakaşvili yazıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər