08 
Fev
2021
17:50
1661

Hökumət rəhbərliyində iclas keçirildi - İclas ilə bağlı açıqlama

"İqtisadi böyümə, iş yerləri və investisiyaların təşviqi Gürcüstan Hökumətinin əsas prioritetləridir və bu müddətdə biznesə dəstək böyük əhəmiyyət kəsb edir".

InterPress.ge xəbər verir ki, Gürcüstanın Baş naziri Qiorqi Qaxaria bu barədə hökumət administrasiyasında, böyük işəgötürənlərlə görüşündə bildirib.

İclasda həm hökumətin, həm də biznesin birgə səyləri ilə atılması lazım olan addımlar və pandemiyadan sonrakı iqtisadi bərpa mərhələsində ölkənin konkret mövqeyi və sürətli iqtisadi bərpa potensialı müzakirə edilib.

Pandemiyanın yaratdığı çətinlikləri ən qısa müddətdə aradan qaldırmaq və mövcud məhdudiyyətləri daha cəsarətlə yüngülləşdirmək üçün müəyyən edilmiş qayda və tənzimləmələrin həyata keçirilməsinin, o cümlədən maskanın düzgün istifadəsi və sosial məsafənin qorunmasının vacibliyi qeyd edilib.

Baş nazir ölkədə noyabr ayından bəri tətbiq olunan məhdudiyyətlərin nəticələrindən bəhs edib və mövcud tənzimləmələrin ölkəyə resurs verdiyini, diqqətli, qaydalara riayətlə, mərhələli şəkildə ölkənin əsasə hərəkətverici qüvvəsi olan turizmin bərpasından və iqtisadi bərpa prosesinə əlavə oksigen verilməsindən bəhs edib.

Bundan əlavə, ölkədə struktural iqtisadi islahatların davam edəcəyini, kapital xərclərin artacağını, dövlət mülkiyyətinin özəlləşdirilməsinin sürətlənəcəyini, həmçinin dövlət müəssisələrinin idarəetməsini ən yüksək korporativ idarəetmə standartlarına yaxınlaşdırmaq üçün sistemli islahatlar aparılacağını bəyan edib.

Qiorqi Qaxaria, böyük işəgötürənlərin özləri üçün vacib olan məsələlərin həlli prosesində şəxsən iştirak edəcəyini və hər hansı bir problemli məsələnin qanun çərçivəsində qısa müddətdə həll olunması və pandemiya səbəbindən ortaya çıxan çətinliklər fonunda layihələrin problemsiz həyata keçirilməsi baxımından hazır olduğunu bildirib.

"İqtisadi böyümə, iş yerlərinin qorunması və birbaşa xarici investisiyaların təşviqi bizim prioritetlərimizdir, çünki bunların hamısı qlobal böhrandan sürətlə çıxmaqla birbaşa əlaqəlidir. Hər zaman sizdən konkret təkliflər eşitməyə hazıram və hökumət rəhbərliyinin qapısının sizin iştirakınız üçün daim açıqdır”, - deyə Baş nazir işəgötürənlərə müraciət edib.

Gürcüstan Hökumətində keçirilən iclasda müxtəlif sahələrdə fəaliyyət göstərən 40-a yaxın iri biznes nümayəndəsi iştirak edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər