Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Rusiya Gürcüstana kompensasiya ödəməyə razılıq verib

2,665
Rusiya Gürcüstana kompensasiya ödəməyə razılıq verib
Dinləmək üçün basın

“Avropa Şurası ilə aparılan fəal iş nəticəsində Rusiya Gürcüstana kompensasiyanın ödənilməsi ilə bağlı danışıqlarda iştiraka razılıq verib”.

“Avropa Şurası ilə aparılan fəal iş nəticəsində Rusiya Gürcüstana kompensasiyanın ödənilməsi ilə bağlı danışıqlarda iştiraka razılıq verib”.

InterPress.ge xəbər veri ki, bunu Gürcüstanın ədliyyə naziri Qoça Lortkipanidze parlamentdə çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, Rusiyanın imtina mövqeyi ilə bağlı irəliləyiş əldə olunub: “Avropa Şurasının vasitəçiliyi ilə Rusiya məsələnin yoluna qoyulması prosesinə cəlb olunmağa hazırdır. Bu, bizim məsələyə yanaşmamızın düzgünlüyünü sübut edir”.

Qeyd edək ki, Avropa Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qərarına əsasən, Rusiya 2006-cı ildə insan haqlarının kobud pozulması ilə ölkədən kütləvi deportasiya olunan ən azı 1 500 şəxslə bağlı Gürcüstana 10 milyon avro həcmində kompensasiya ödəməlidir. Rusiya həmin qərarı bu günə qədər icra etməyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →