Qriqol Qeqelia: "Gürcüstan hökuməti hələ yatır, dünyanın 81 ölkəsində peyvəndləmə artıq başlayıb"
"Gürcüstan hökuməti hələ yatır, çünki dünyanın 81 ölkəsində peyvəndləmə artıq başlayıb".
InterPress.ge xəbər verir ki, "Gürcüstan üçün Lelo" partiyasının üzvü Qriqol Qeqelia brifinqdə söyləyib.
Onun sözlərinə görə, əlverişli və effektli dövlətlərdən fərqli olaraq, Gürcüstan aşı almaq üçün beynəlxalq əlaqələrdən, diplomatiyadan və xarici ünsiyyətdən istifadə edə bilmir.
“Gürcüstan hökuməti yatarkən dünyanın 81 ölkəsində peyvəndləmə artıq başlayıb. Biz COVAX platformasının sırasında dururuq, hansı ki, peyvəndi alma tarixidə bilinmir, bir çox ölkə düzgün xarici ünsiyyət nəticəsində peyvəndi artıq əldə edə bilmişdir. Bunlara Ukrayna, Serbiya, İsrail, Banqladeş, Meksika, Afrika Birliyi daxildir. Məsələn, Ukrayna 12 milyon, Afrika Birliyi 400 milyon, Serbiya 1 milyon, Banqladeş 30 milyon doz aldı. Gürcüstan isə heç bir şey. Dövlət aşı almaq üçün mümkün olan hər şeyi etməlidir ki, ən həssas qruplar pulsuz aşılansın. Bu gün bu, ictimai rifahın təmin edilməsi baxımından böyük bir problemdir. Bunun üçün Xarici İşlər Nazirliyi və diplomatik korpus milli maraqları təmin etmək üçün hər cür səy göstərməlidir. Təəssüf ki, bu gün bunun cəhd izi də yoxdur, hansı ki, səhiyyə böhranını və gürcü iqtisadiyyatının çökmə prossesini uzadır", - dedi Qeqelia.
O, Gürcüstana ticari aşı gətirilməli olduğunu da qeyd edib, çünki bir tərəfdən aşılama prosesini sürətləndirəcək və digər tərəfdən virusun tezliyini azaldacaq.
“Gürcüstana ticari peyvəndin gətirilməsini dəstəkləyirik. Bu bir tərəfdən aşılama prosesini sürətləndirəcək, virusun yayılma sürətini azaldacaq və normal həyata qayıdacağımız zamana yaxınlaşdıracaq. Digər tərəfdən, bu, kasıb ölkənin səhiyyə sistemi üçün bir rahatlama olacaq, çünki dövlətin ən həssas sosial qruplara pulsuz verməli olduğu əhəmiyyətli dərəcədə peyvəndə bu yolla qənaət ediləcəkdir. Nəticə etibarilə, bu mexanizm bunu etmək üçün maddi imkanları olmayan insanlar üçün daha çox peyvəndi daha sürətli nəzərdə tutur. Buna görə, eyni zamanda sağlamlıq risklərini azaltmağa və normal bir həyata daha erkən qayıtmağa imkan verəcək daha ədalətli, daha sürətli və daha effektli bir prinsipdir. Təəssüf ki, nəhəng xarici yardım və kreditlərin nəyə xərcləndiyi bəlli olmadıqca, başa düşülən və aydındır ki, dövlət nə beynəlxalq əlaqələrdən və diplomatik kanallardan istifadə edə bilir, nə aydın peyvənd planı təqdim edə bilir, nə də ticarət modeli haqqında mövqeyə sahib ola bilir. Bu zəif siyasətin nəticəsi səhiyyə böhranının uzanması, daha çox yoxsulluq və Gürcüstan iqtisadiyyatının çöküşüdür", - dedi Qeqelia.


