II İlia istefa edəcək? - AÇIQLAMA
Gürcüstan Patriarxlığının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, rahib Andria Jagmaidze, yayılan məlumatları fantaziya adlandırıb, hansı ki, 11 fevral tarixində Patriarx II İlianın istefası Sinod iclasında müzakirə ediləcək.
InterPress.ge xəbər verir ki, Andria Jagmaidze Dini Mütəxəssislər Assosiyasiyasının açıqlamasına Facebookda münasibət bildirib.
"Jurnalistlərdən böyük bir xahişim olacaq, mənə burada yazdıqları fantaziyalarla bağlı suallar verməyin", - yazıb Jagmaidze.
Məlumat üçün bildirək ki, Müqəddəs Sinodun iclası 11 fevralda keçiriləcək. Patriarxlıq, Sinod iclasında hansı məsələlərin müzakirə ediləcəyini açıqlamayıb.
Dini Mütəxəssislər Assosiyasiyası, 11 Fevral Sinod iclasında II İlianın istefasının müzakirə ediləcəyini bildirən açıqlama yayıb.


