Lilo rəhbərliyi bazarda baş vermiş yanğınla bağlı açıqlama yayır
"Yanmış mağazalar sığortalıdır və alverçilərin zərəri kompensasiya ediləcək".
InterPress.ge xəbər verir ki, bu barədə "Lilo Mall" un direktoru Qiorqi Kvaraçxelia deyib.
Yanğının səbəblərinə gəlincə, Qiorqi Kvaraçxelia dəqiq səbəblərdən danışmayıb, ancaq yanğının elektrik xətləri ilə əlaqəli ola biləcəyini söyləyib.
“Müqaviləyə uyğun olaraq ödəniləcək. Hamısı dövlətdən sığortalanıb. Qalanlarına gəldikdə, hər kəs özü təyin edir.
Dünən hamı gəlmişdi. Təmizlik işləri gedirdi. Yəqin ki, nə isə açıq qaldı. Dünən bütün bazarda elektrik enerjisini ilk dəfə açdıq, sınaqdan keçirildi, axşam söndürdük və səhər yenidən açdıq", - dedi Kvaraçxelia.
Məlumat üçün bildirək ki, səhər saat 9 radələrində Lilo bazarında yanğın baş verib. 60 kvadratmetr ərazi yanıb. Zərərin dəqiq məbləği hələlik məlum deyil.


