Gürcüstanda koronavirusla bağlı son vəziyyət
Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 204 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.
Bununla da ölkədə virusa yoluxanların sayı 262 228 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 736 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 254 350 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 14 nəfər ölüb və ölənlərin ümumi sayı 3298 nəfər təşkil edib.
Qeyd edək ki, son 24 saat ərzində 6593 test aparılmışdır. Bunlardan 3887-si sürətli antigen testi, 2706-sı isə PCR testidir.
Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.


