Sabahdan etibarən bu məhdudiyyətlər ləğv olunur
Fevral ayının 8-dən məhdudiyyətlərin yüngülləşdirilməsinin növbəti mərhələsi başlayır.
InterPress.ge xəbər verir ki, bu barədə qərarı Kordinasiya Şurası qəbul edib.
Bildirilir ki, müsbət-nisbət 4% -ə qədər endi, buna görə də məhdudiyyətlərin tədricən yumşaldılması planlaşdırıldığından daha erkən başlayır.
Belə ki, 8 fevraldan Bütün Gürcüstan üzrə bələdiyyə nəqliyyatının işi bərpa edilir (metro, avtobuslar, mikroavtobuslar). Həftə sonları (Şənbə-bazar) məhdudiyyətlər qüvvədə olacaq.
Açıq və qapalı bazarlar açılır - Həftə sonları (Şənbə-bazar) bağlı olacaq.
Məhdudiyyətlərin növbəti yumşaldılması isə 15 fevraldan başlayır.
Belə ki, Tbilisidə, Rustavi və Kutaisidə, bütün Gürcüstanda:
1. Uşaqlar sinifdə tədrisə davam etdirəcəklər (buna baxmayaraq, valideynlər istəsələr yenə də məsafədən təhsil seçmək hüququna sahib olacaqlar);
2. Qida obyektləri qonaqları açıq məkanlarda qəbul edə biləcəklər - Həftə sonları (Şənbə-bazar) məhdudiyyətlər qüvvədə olacaq.
Xatırladaq ki, yeni qaydaya əsasən maska taxma qaydasını pozma cəzası sərtləşdirilir və ikinci qayda pozuntusu halında cərimə artırılacaq.


