Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstan və Rusiya arasında danışıqlar təxirə salındı

1,266
Gürcüstan və Rusiya arasında danışıqlar təxirə salındı
Dinləmək üçün basın

Gürcüstan və Rusiya arasında Cenevrədə keçirilməsi planlaşdırılan danışıqların 51-ci mərhələsi koronavirusa görə təxirə salınıb.

Gürcüstan və Rusiya arasında Cenevrədə keçirilməsi planlaşdırılan danışıqların 51-ci mərhələsi koronavirusa görə təxirə salınıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Bu barədə qərarı Cenevrə danışıqlarının Avropa İttifaqı, BMT və ATƏT-dən olan həmsədrləri qəbul ediblər.

Danışıqların növbəti mərhələsi 31 mart – 1 aprel tarixində keçirilməli idi.

XİN-dən qeyd olunub ki, beynəlxalq təşkilatların həmsədrləri danışıqların aparılması üçün yeni tarix təyin edəcəklər.

Qeyd edək ki, Gürcüstan və Rusiya arasında Cenevrə danışıqları 2008-ci ilin avqust müharibəsindən sonra başlayıb. İki ölkə arasında yeganə siyasi dialoq formatı olan Cenevrə danışıqlarının son mərhələsi ötən ilin noyabrında baş tutub.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →