Lilo Mall-un direktoru bazarda tətbiq olunacaq nəzarət haqda açıqlama verdi
"İki həftədə bir dəfə işçilərin 20%-i testdən keçiriləcəkdir ki, bu da epidemioloji vəziyyətə tam nəzarət etməyimizə imkan verəcək".
InterPress.ge xəbər verir ki, bu barədə "Lilo Mall" un direktoru Qiorqi Kvaraçxelia bildirib.
Onun sözlərinə görə, müştərilərin termoskrininqinə, əllərin dezinfeksiyasına, maska taxılmasına nəzarət ediləcək, həmçinin dezinfeksiya işləri aparılacaq.
"Lilo Mall" un direktoru sabah işi bərpa etməyə hazır olduqlarını söyləyib.
"İndi əlavə olunan tək şey əməkdaşların, sahibkarların və onların əməkdaşlarının test edilməsidir. Epidemioloji vəziyyəti tam nəzarətdə saxlamağımız üçün hər iki həftədə bir işçilərin 20%-i testdən keçiriləcəklər. Müştərilərə gəldikdə, hər şey onlar üçün təhlükəsiz olacaq, açıq məkandır. Termoskrininq, əl dezinfeksiyası və maskanın düzgün taxıkmasına nəzarət ediləcəkdir. Sabah səhər işimizi bərpa etməyə hazırıq, biznesi xilas etmə dövrü başlayır. Dezinfeksiya işləri gündəlik həyata keçiriləcəkdir. Fevral ayı olduğunu və ticarət dövrünün olmadığını nəzərə alsaq, vəziyyət yaxşı idarə ediləcək", - dedi Qiorqi Kvaraçxelia.


