07 
Fev
2021
14:01
1600

Məktəblərdə təhlükəsizlik üçün yeni qaydalar hazırlanıb

"Məktəblərdə təhlükəsizlik üçün müvafiq qaydalar yazılmışdır".

InterPress.ge xəbər verir ki, bu barədə Təhsil nazirinin müavini Ekaterine Dqebuadze bəyan edib.

“Bütün məktəblər Səhiyyə Nazirliyi, Xəstəliklərə Nəzarət Mərkəzi tərəfindən tövsiyə olunan zəruri resurslarla təchiz olunmuşdur.

Təhlükəsizlik məqsədilə müvafiq qaydalar yazılmışdır. Təhsil Nazirliyi valideynlərə seçim imkanı verir, yəni bir valideyn övladına məsafədən təhsil formatında dərs keçirilməsini istərsə, məktəbə müaciət etməli və ya müvafiq veb saytda qeydiyyatdan keçməlidir.

Təhsil prosesinin monitorinqinə gəlincə, Təhsil Nazirliyi bu məsələdə birbaşa iştirak edir, bələdiyyə səviyyəsindəki təhsil resurs mərkəzləri gündəlik monitorinqlər aparacaq”, - dedi Dqebuadze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər