Gürcüstanda koronavirusla bağlı son vəziyyət
Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 404 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.
Bununla da ölkədə virusa yoluxanların sayı 262 024 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 799 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 253 614 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 14 nəfər ölüb və ölənlərin ümumi sayı 3283 nəfər təşkil edib.
Qeyd edək ki, son 24 saat ərzində 13 573 test aparılmışdır. Bunlardan 7252-si sürətli antigen testi, 6321-i isə PCR testidir.
Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.


