06 
Fev
2021
20:04
7004

Salome Zurabişvili: "Azərbaycan prezidenti ilə razılaşdıq..."

"Azərbaycan Prezidenti ilə komissiyaların dayandırılmış işinin davam etdirilməsinin zəruriliyi ilə razılaşdıq, eyni zamanda hər iki ölkənin məsələyə barışıqla son qoymasının lazım olduğu barədə razılığa gəldik".

InterPress.ge xəbər verir ki, bu haqda Gürcüstan Prezidenti Salome Zurabişvili, Imedi TV-də, Davit Qareci məsələsindən danışarkən bildirib.

"Bu gün diqqət çəkən məsələlər bunlardır: xəritənin necə istifadə edildiyi və ya istifadə edilmədiyi. Bu məsələni başqa tərəfdən bilirəm. Nazir olduğum zaman, sual verdim, neçə ildir ki, yaxşı münasibətlər quran müstəqil ölkələr, qonşularıq və sərhədlərin delimitasiyasını hələ tamamlamamışıq, sərhədlərimiz haqda həll olunmamış hissələrimiz var. Prezident kimi qayıdanda, yenə eyni vəziyyətlə qarşılaşdım - razılaşılmayıb, delimitasiya yoxdur. İnanıram ki, dövlət sərhədlərlə başlayır və bitir, əks halda dövlət mükəmməl deyil. Hesab edirəm ki, bu çox ciddi bir məsələdir. Buna görə qonşu Azərbaycana ilk səfərimiz zamanı bu məsələni qaldırdım. Azərbaycan Prezidentinin cavabı tam eyni idi - Sizinlə razıyam, 100 il deyil, 30 il əvvəl başladığımızı başa çatdırmaq lazımdır. Ermənistanla da eyni şey var. Bu, bizim üçün və qonşu ölkələrimiz üçün çox vacib bir məsələdir, bunu bitirməliyik", - dedi Salome Zurabişvili.

Onun sözlərinə görə, məhkəmə davam etdiyi üçün Davit Qareci məsələsinin istintaqı barədə danışa bilməyəcək.

"Yalnız onu deyə bilərəm ki, nazirliyim dövründə və 2005-ci ilin oktyabrına qədər nazir idim, heç bir halda David Qarecinin Azərbaycanın olduğu hesab olunmurdu. Əksinə, razılaşılmamış bölmələrdən biri idi. İkincisi, Qırmızı Körpü və bir çox kiçik hissələr idi. Biz nazirlər bunun çox kəskin bir siyasi məsələ olduğu və prezidentlər səviyyəsində həll edilməli olduğu barədə razılaşdıq. Bəzi insanların bunun bizim ərazimiz olmadığını söyləyərək israr etdikdə çox təəccüblənirəm.

Hazırda iki dövlət və iki prezident arasında danışıqların aparıldığı barədə suala Salome Zurabişvili belə cavab verdi: "Komissiyaların işinin bərpa edilməsinin lazım olduğu barədə razılığa gəldik. Həmişə kompromis variantlar var, xüsusən də hər iki ölkə arasında ortaq maraqlarımız olduğunda. Prezident mənimlə çox dostcasına razılaşdı. Bəziləri dedilər ki, bu onu məmnun eləmədi, ancaq bu doğru deyildi. Bunun hər iki ölkənin marağına daxil olduğunu çox mehribanlıqla qəbul etdik. Hər bir ölkənin, sabitliyə marağı var, xüsusən də bu bölgədəki. Sabitlik olmasa nə qaz kəmərlərimiz, nə nəqliyyat şəbəkələrimiz, nə limanlarımız, nə də başqa bir şey olmayacaq. Bizim üçün doğru olan Azərbaycan və Ermənistan üçün də doğrudur. Komissiya nə vaxt ki, malışacaq və fikir ayrılığının harada, hansı hissələrdə olduğunu öyrənəcəksə, o zaman kompromis üzərində çalışacağıq. Bu artıq daha yüksək bir siyasi səviyyəyə qaldırılacaq bir məsələdir. Bəlkə, nazirlər, bəlkə də nəhayət prezidentlər səviyyəsinə. Bunun necə gedəcəyini və nə vaxt olacağını bilmir, amma bu normal bir formadır", - dedi Gürcüstan Prezidenti.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər