06 
Fev
2021
17:45
429

Müxtəlif sahələrin nümayəndələri Rustaveli prospektində aksiya-nümayiş keçiriblər

Müxtəlif sahələrin nümayəndələri Rustaveli prospektində aksiya keçirirlər.

InterPress.ge xəbər verir ki, aksiya-tamaşa çərçivəsində parlament binası qarşısında konsert keçirilir.

Etirazçılar mövcud tənzimləmələrin ləğv edilməsini və iqtisadiyyatın açılmasını tələb edirlər.

Etirazçılardan Qeqa Salukvadzenin sözlərinə görə, etiraz tələbləri yerinə yetirilənə qədər davam edəcək.

“Məhdudiyyətlərin qismən qaldırılması müəyyən bir yem idi. Davam edən aksiyalardan qorxdular. Bir həftəyə desələr ki, hallar yenə artdı, bəs onda nə edək? Biznes ne etsin? Belə bir açılış bizə lazım deyil. Düşünülmüş, razılaşdırılmış lazımdır. Bu qədər vaxtıdır ki, Koordinasiya Şurası ilə görüş istəyirik və heç kim bizimlə görüşməyib. Ya bizim tələb etdiyimizi eləməlidirlər, ya da başqa yox yoxdur, etirazlara davam edəcəyik", - dedi Qeqa Salukvadze.

Etirazçılar arasında fitness mərkəzləri və dağ- xizək mərkəzlərinin nümayəndələri, animatorlar və mədəniyyət sahəsinin nümayəndələri var.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər