06 
Fev
2021
10:48
554

Gürcüstanın səfiri Azərbaycan Respublikası Milli məclisinin sədri ilə görüşdü

Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahiba Qafarova ilə görüşüb.

InterPress.ge xəbər verir ki, məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.

İdarədən verilən məlumata görə, görüş zamanı Zurab Pataradze iki dost və strateji tərəfdaş dövlət - Gürcüstan və Azərbaycan arasında bütün sahələrdə sıx əməkdaşlığın vacibliyini vurğulamış, yüksək səviyyəli siyasi dialoqun davamlı rejiminə və Kovid-19 pandemiyası dövründə səmərəli münasibətlərə xüsusi diqqət yetirmişdir.

Tərəflər, həmçinin ikitərəfli və çoxtərəfli parlamentlərarası formatlarda əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. 2021-ci ildə Gürcüstan-Azərbaycan münasibətlərinin, o cümlədən yüksək səviyyəli səfərlərin, müvafiq hökumətlərarası, iqtisadi və dövlət sərhədlərinin delimitasiya-demarkasiya komissiyalarının, biznes forumlarının keçirilməsi baxımından aktivləşdirilməsi istəyi ifadə edilib.

Gürcüstan səfiri, Azərbaycan Respublikası Parlamentinin sədrinə, Avropa İnsan Haqları Məhkəməsinin tarixi qərarı barədə məlumat verib, hansı ki, 2008-ci ilin Avqust müharibəsindən və Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalından sonrakı dövrdə beynəlxalq hüququn fundamental normaları və insan hüquqlarının pozulmasına görə Rusiya Federasiyasının məsuliyyətini qanuni olaraq tanıdı.

Onlar, bölgədəki son inkişaflardan da danışıblar. Dağlıq Qarabağ məsələsi ilə bağlı Zurab Pataradze, Gürcüstanın iki qonşu dövlət arasında bölgənin sabitliyi və inkişafı üçün vacib olan silahlı qarşıdurmanın dayandırılmasından məmnun olduğunu bildirdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər