Dqebuadze: "Müəyyən olunmuş qaydaya əsasən, dərsdə ən çox 29 şagird olmalıdır"
"Məktəblərdə şagirdlərin təhlükəsizliyi üçün tövsiyələr və məcburi yerinə yetirilməsi gərəkən qaydalar var. Bütün məktəblər bu haqda məlumata sahibdirlər və məktəb bütün valideynlərə sinif otaqlarında tədris prosesini necə təşkil etdiyi barədə məlumat vermək məcburiyyətindədir".
InterPress.ge xəbər verir ki, Gürcüstanın təhsil nazirinin müavini Eka Dqebuadze bu barədə məlumat verib.
Eka Dqebuadzenin qeyd etdiyinə görə, ən vacib tövsiyə şagirdlər arasında bir metrlik məsafənin qorunmasıdır.
"Lazımi hallarda, məktəbin infrastrukturu, tələbatı, tələbə sayına görə bu prosesi özü təşkil etmək imkanı var. Nazirlik məktəbi diktə edə bilmir, çünki hər məktəbin fərdi ehtiyacı var. Müəyyən olunmuş qaydaya əsasən, dərsdə ən çox 29 şagird olmalıdır. Üst siniflərdə bir az daha çox mümkündür. Sinifdə şagirdlər arasında bir metr məsafə yaratmaq mövcuddursa, bu halda bütün şagirdlərin sinifə yerləşdirilməsi mümkündür, mövcud tövsiyə ilə bütün şagirdləri bir məkanda yerləşdirmək mümkün deyilsə, bu halda məktəb hibrid model də daxil olmaqla fərqli bir model təşkil edə bilər. Ehtiyac hər məktəb üçün fərqlidir. Bu səbəbdən məktəbdən bildirirlər ki, məktəb bu prosesi öz ehtiyaclarına uyğun təşkil etmək üçün maksimum sərbəstliyə sahibdir. Bu həm dövlət, həm də özəl məktəblərə aiddir", - dedi Dqebuadze.


