Ermənistanı bir neçə dəqiqə ərzində üç zəlzələ silkələdi.
InterPress.ge xəbər verir ki, bu barədə Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzinin saytında bildirilir.
Seysmik Monitorinq Mərkəzindən verilən məlumata görə, əvvəlcə 5.2, sonra 3.8 və 4.2 bal gücündə zəlzələlər olub.
Zəlzələnin episentri Gürcüstandan 81, 80 və 79 kilometr aralıda yerləşib.
Gürcüstanda güclü zəlzələlər hiss olundu.
Qeyd edək ki, zəlzələ Marneuli və Bolnisi ərazilərindədə hiss olunub.
