05 
Fev
2021
19:53
841

İşğalçı rejim qanunsuz həbs etdiyi Gürcüstan vətəndaşını 12 il altı ay həbs cəzasına məhkum etdi

Gürcüstanın işğal olnmuş ərazilərində qondarma Çxinvali rejiminin "məhkəməsi" qanunsuz olaraq saxlanılan Zaza Qaxeladzeni 12 il altı ay həbs cəzasına məhkum etdi.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Dövlət Təhlükəsizlik Xidməti tərəfindən verilib.

Zaza Qaxeladzenin məhkəmə prosesi bu gün keçirildi.

Zaza Qaxeldzenin həyat yoldaşının dediyinə görə, məhkəmənin bugünkü qərarı gözlənilməz idi.

"Bu qərarı gözləmirdik. Ümidli idik. Vəkil də bizi ümidləndirirdi, həmçinin Rusların və Zazanın ifadələri üst-üstə düşürdü və hücum maddəsinin dəyişdiriləcəyini düşünürdük.

Bu qərardan apellyasiya şikayəti verəcəyik, başqa bir şey edə bilmərik. Nə deyəcəyimi bilmirəm. Bunu gözləmirdik", - dedi Zaza Qaxeladzenin həyat yoldaşı Irma Butxuzi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər