Qullar-Qırıxlı ictimai nəqliyyatının işi nə vaxt bərpa olunacağı məlum oldu
Marneulinin Qullar-Qırıxlı kəndində artıq 3 aydan çoxdur ki, bələdiyyə nəqliyyatı işləmir.
Bu problemlə bağlı artıq InterPress.ge daha əvvəl xəbər hazırlamışdı.
Belə ki, bir neçə dəfə Marneuli merinin müavini Laşa Lobjanidze ilə əlaqə saxlamağa çalışsaqda zənglərə cavab verilməmişdi.
Daha sonra dəfələrlə bu haqda mer müavini ilə telefon danışıqları etməyimizə baxmayaraq o, bu məsələni göz ardı etmişdi.
Bu gün yenə InterPress.ge-nin əməktaşı mer müavini L. Lobjanidze ilə telefon danışığı etdi və məsələnin həllini barədə soruşdu.
Zəngimizə cavab verən mer müavini bu məsələni qısa vaxtda aydınlaşdırıb sizə məlumat verəcəm deyə qeyd etdi.
Geri dönüş edən L.Lobjanidze Qullar-Qırıxlı kəndinin bələdiyyə nəqliyyatının uzun zamandır xarab olduğu üçün işləmədiyini bildirdi.
“Qullar-Qırıxlı kəndinin bələdiyyə nəqliyyatı uzun zamandır xarab olduğu üçün işləmir. Bu məsələyi aydınlaşdırdıq və qısa zamanda bərpa olunacağı məlumatını aldıq. Təxminən bir həftə və ya 10 günə işə çıxacaq”-dedi Laşa Lobjanidze.


