Mamuka Mdinaradze: "Kimsə seçki nəticələrində saxtalaşdırma aşkar edərsə, erkən seçki keçirəcəyik"
"Əlbətdə ki, vəd qüvvədə qalır - kimsə seçki nəticələrində "Gürcü Arzusu" lehinə 1% saxtakarlıq və ya hər hansı kənara çıxma tapsa, erkən seçkilər keçirəcəyik".
InterPress.ge xəbər verir ki, bu barədə "Gürcü Arzusu" fraksiyasının sədri Mamuka Mdinaradze parlamentdə keçirilən brifinqdə bildirib.
"Vəd qüvvədə qalır - kimsə aparılan axtarış nəticəsində seçkilərdə "Gürcü Arzusu" lehinə 1% belə saxtalaşdırma və ya hər hansı kənara çıxma taparsa, erkən seçkilər keçirəcəyik. Dedikləri odur ki, "Sənədlər artıq yenidən düzəldilib" və s. Onlardan izahat tələb etməmək mümkün deyil", - dedi Mdinaradze.
Mamuka Mdinaradzenin sözlərinə görə, 31 oktyabr 2020-ci il parlament seçkiləri ilə əlaqədar müvəqqəti istintaq komissiyası yaradılması barədə parlamentdə qərar qəbul edilib.


