05 
Fev
2021
15:37
452

İsrail mart ayından sərhədləri açır

Mart ayından etibarən İsrail beynəlxalq turizmə yenidən başlayır.

InterPress.ge xəbər verir ki, bu barədə İsrail Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yerli sakinlər, peyvəndləmənin hər iki mərhələsini keçmiş və “yaşıl pasport” almış şəxslər yola düşmədən əvvəl və enişdən sonra PCR testindən keçmədən, karantində qalmadan səyahət edə biləcəklər.

Artıq gözlənildiyi kimi Kiprlə razılaşma əldə edilib. Yunanıstan Baş naziri Kiriakos Mitsotakisin 8 fevralda turizm mübadiləsinin şərtlərini müzakirə etmək üçün İsrailə gəlməsi gözlənilir.

Oxşar danışıqlar Gürcüstan, Serbiya, Seyşel adaları və Rumıniya da aparılır.

Hazırda İsraillə digər ölkələr arasında xüsusi humanitar uçuşlar istisna olmaqla, sərnişin reysləri dayandırılıb.

Bizimlə əlaqə saxlayın