Polis dələduzluq ittihamı ilə iki nəfər saxladı
Tbilisi polisi, qrup halında törədilən irimiqyaslı dələduzluq ittihamı ilə iki nəfəri saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyi tərəfindən yayılır.
"Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları əməliyyat-istintaq və axtarış tədbirləri çərçivəsində qrup halında törədilmiş irimiqyaslı dələduzluq ittihamı ilə iki nəfəri - keçmişdə dəfələrlə bənzər faktla aşkarlanan 1992-ci il təvəllüdlü Z.Ç. və fırıldaqçılıqla məhkum olunan 1967-ci il təvəllüdlü N.J.-nı hakimin qərarı əsasında saxlayıb.
İstintaq, şübhəlilərin vətəndaşlara müxtəlif məbləğlər ödəmək müqabilində ABŞ-a səyahət vizası hazırladıqlarını ortaya çıxardı. Vətəndaşlardan pul aldıqdan sonra onlarla əlaqəni kədikləri məlum oldu. Z.Ç. və N.J. ümumilikdə təqribən 145.000 larini dələduzluq yolu ilə mənimsəyib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsinin "a" və 3-cü hissəsinin "b" bəndləri ilə aparılır ki, bu da qrup tərəfindən əvvəlcədən razılaşaraq törədilən böyük miqdarda dələduzluğu nəzərdə tutur
Cinayət 6 ildən 9 ilədək həbs cəzası nəzərdə tutur", - deyilir məlumatda.


