05 
Fev
2021
14:49
505

2020-ci ildə neçə yol qəzası olub və bu qəzada neçə nəfər həyatını itirib? - STATİSTİKA

2020-ci ildə Gürcüstanda ümumilikdə 4 999 yol qəzası baş verib. Bunlardan 137 qəzaya sərxoşluq səbəb olub.
Yol qəzaları nəticəsində keçən il ümumilikdə 6 640 vətəndaş yaralanıb, 450 nəfər isə vəfat edib.

InterPress.ge xəbər verir ki, məlumat Gürcüstanın Daxili İşlər Nazirliyinə əsasən Statistika Xidməti tərəfindən yayılır.

Geostatın verdiyi məlumata görə, 2020-ci ildə məişət zorakılığına məruz qalanların sayı 9 144 nəfər olub. Zorakılıq edənlərə gəldikdə isə, onların sayı 8 716 olaraq təyin olunub.

Ötən il insan alveri maddəsi ilə 11 cinayət törədilib, bunlardan Daxili İşlər Nazirliyi yalnız bir fakt açıb.

2020-ci ildə ölkə daxilində 13 511 yanğın hadisəsi baş verib.Yanğın nəticəsində 65 nəfər ölüb, 203 nəfər yaralanıb. 487 bina-tikinti və 53 baş iribuynuzlu heyvan məhv olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər