05 
Fev
2021
12:37
346

Natia Turnava Turizm Sənayesi Alyansının nümayəndələri ilə işgüzar görüş keçirdi

İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, Turizm Sənayesi Alyansının nümayəndələri ilə işgüzar görüş keçirib.

InterPress.ge xəbər verir ki, Turizm Sənayesi Alyansında 27 assosiyasiya və ortaq təşkilat birləşmişdir və ümumilikdə 2000-dən çox biznes subyektini əhatə edir.

İclasda turizm sənayesində standartların tətbiqi, qanunvericilik bazasının hazırlanması, orta məlumat bazasının çalışması məsələləri müzakirə edilib. Alyans öz növbəsində nazirə 2021- ci il fəaliyyət planını və iş istiqamətlərini təqdim edib.

Görüşdən sonra Natia Turnavanın qeyd etdiyinə görə, Turizm Sənayesi Alyansı turizm sahəsində hansı problemlər üzərində çalışmalı olduğuna dair bilik, təcrübə və məlumatlara sahibdir.

Natia Turnavanın dediyinə görə, standartın və keyfiyyətin yüksəldilməsi istiqamətində işlər davam edəcək, çünki turizmin dirçəlməsi zamanı, yenidən tələb yaradılması üçün, çalışmalar sürətli və məqsədyönlüdür.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər