Telavidə bələdiyyə nəqliyyatı ilə səyahət pulsuz olacaq
Telavidə bələdiyyə nəqliyyatı gələn həftə istifadəyə veriləcək və səyahətlər bir neçə ay pulsuz olacaq.
InterPress.ge xəbər veir ki, bu haqda məlumatı Telavi Bələdiyyəsi sədri məlumat verib.
İlkin mərhələdə sərnişin avtobusları yalnız Telavi şəhərində hərəkət edəcək və daha sonra Telavi Bələdiyyəsinin kəndlərinə də hərəkət bərpa olunacaq.
Bələdiyyə nəqliyyatı bir neçə ay sınaq rejimində işləyəcək və bu müddət ərzində əhali avtobusla pulsuz gedəcək.
8.5 metrlik avtobusun ilk 5 vahidi, EURO 5 standart avtobusu keçən ilin sonunda rəsmi şəkildə Telaviyə təhvil verildi. Daha 5 avtobusun şəhərə gətirilməsi planlaşdırılır.
Bu yeni avtobuslar 50 sərnişin üçün nəzərdə tutulub və əlillər üçün tam uyğunlaşdırılıb.
Qeyd edək ki, proqram Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyə dəstəyi ilə həyata keçirilir. Müxtəlif bələdiyyələr üçün 175 avtobus nəzərdə tutulub. Cəmi 18,7 milyon avro dəyərindədir və müasir standartlara uyğun olacaq.
Bələdiyyə nəqliyyatının inkişafı üçün Gürcüstanın 6 şəhəri seçilmişdir. 175 avtobusdan 10-10 avtobus Telavi və Potiyə, 30-u Qoriyə, 25-i Zuqdidiyə, 40-ı Rustaviyə və 60-ı Kutaisiyə gətiriləcək.
İndiyə qədər Telavidə bələdiyyə nəqliyyatı yox idi. Şəhərdə nəqliyyatın işə salınması vətəndaşların rahat hərəkətini təmin edəcək və yeni iş yerləri yaradacaqdır.


