Gürcüstanda koronavirusla bağlı son vəziyyət
Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 538 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.
Bununla da ölkədə virusa yoluxanların sayı 261018 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 498 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 252246 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 18 nəfər ölüb və ölənlərin ümumi sayı 3258 nəfər təşkil edib.
Qeyd edək ki, son 24 saat ərzində16808 test aparılmışdır. Bunlardan 9163-ü sürətli antigen testi, 7645-i isə PCR testidir.
Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.


