Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Amiran Qamğrelidze: "Bir il və bir az daha çox maska taxmalı olacağıq - bununla barışmalıyıq!"

578
Amiran Qamğrelidze: "Bir il və bir az daha çox maska taxmalı olacağıq - bununla barışmalıyıq!"
Dinləmək üçün basın

"Gücləndirilmiş testlərin fonunda müsbət göstərici bizə tətbiq olunan məhdudiyyətləri azaltmaq üçün addım atıla biləcəyini bildirir".

"Gücləndirilmiş testlərin fonunda müsbət göstərici bizə tətbiq olunan məhdudiyyətləri azaltmaq üçün addım atıla biləcəyini bildirir".

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze məlumat verib.

"Başdan bəri ölkənin bağlana bilməcəyi, epidemiya vəziyyətini izləyəcəyimiz deyilirdi. Yüngülləşdirilmələr tədricən, addım-addım həyata keçirildi. Yeni il üçün bir az yüngülləşmə var idi, sonra yenidən sərtləşdirildi. Yanvar ayında vəziyyəti izləyəcəyimiz deyildi. O zaman elan olundu ki, 1 fevraldan etibarən müəyyən yüngülləşdirilmələr olacaq. Epidemiya vəziyyəti tamamilə sakitləşməyib, ancaq sakitləşməyə doğru gedir. Vəziyyət sabitləşir, buna görə tədricən yüngülləşdirmələr davam edir.

Çox diqqətli olmalıyıq. Hamımız əsas qorunma vasitəsi olan maskanı taxmalıyıq. Bir il və bir az daha çox maska taxmalı olacağıq - bunu dərk edək! Əhalinin 70% -i aşılanana və virusun təsirli bir dərmanı təsdiqlənənə qədər maska, əllərin tez-tez yuyulması, məsafənin qorunması və s.mütləq olacaq. Bununla barışmalıyıq", - dedi Qamğrelidze.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →