Təhsilini Gürcüstada davam etdirmək istəyən tələbələrin nəzərinə
Ən azı 75 gün xarici ali təhsil müəssisələrində təhsil alan Gürcüstan vətəndaşları, təhsillərini Gürcüstanda davam etdirmə imkanına sahibdirlər.
InterPress.ge xəbər verir ki, bu barədə məlumat Milli Qiymətləndirmə və İmtahan Mərkəzi tərəfindən yayılır.
Məlumata görə, bunun üçün abituriyentlər Milli Qiymətləndirmə və İmtahan Mərkəzi tərəfindən təşkil olunan yalnız bir imtahandan keçməlidirlər. İmtahana qeydiyyat 20 yanvar tarixində başladı və 5 fevral saat 18: 00-dək davam edəcəkdir.
“Arzu edən tələbələr qeydiyyat üçün ərizə və müvafiq sənədlərlə Milli Qiymətləndirmə və İmtahan Mərkəzinə müraciət etməlidirlər. Müraciət həmçinin elektron poçtla aşağıdakı ünvanda qəbul olunur: [email protected]. İmtahan tarixi və prosedurları haqqında ətraflı məlumat qeydiyyat tamamlandıqdan sonra yayımlanacaq. İmtahandan keçmək, test üçün müəyyən edilmiş maksimum balın 50% -dən çoxunu (minimum 23 bal) toplamaq deməkdir. Bu məsələ ilə bağlı daha çox məlumat, həmçinin müraciət forması və nümunə testi üçün: https://naec.ge/#/ge/post/2298. Xarici ölkələrdə təhsil alan və Gürcüstanda təhsillərini davam etdirmək istəyən tələbələr üçün imtahanı Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzi 2019-cu ildən təşkil edir”, - deyilir məlumatda.


