Kaxa Kaladze: "Mixeil Saakaşvili ölkədəki sabitliyi pozmaq və qarışıqlıq yaratmağa çalışır"
"Hələ də müəyyən siyasətçilərin və partiyaların cəmiyyətimiz üçün faydalı qərarlar qəbul etməsi üçün qapı açıqdır".
InterPress.ge xəbər verir ki, bu barədə "Gürcü Arzusu-Demokratik Gürcüstan"ın baş katibi Kaxa Kaladze bildirib.
Gürcüstanın keçmiş prezidenti, Ukraynanın İslahatlar İcraiyyə Komitəsinin sədri Mixeil Saakaşvilinin müxalifətdən dörd cəsəddən başqa Gürcüstan parlamentinə kimsənin daxil olmadığını söylədiyinə gəlincə, Kaladze Saakaşvilinin ölkədə sabitliyi pozmaq, qarışıqlıq yaratmaq üçün maksimum çalışdığını, ancaq onun buna nail ola bilməyəcəyini söyləyib.
"Keçmiş prezidentin parlamentdəki müxalifət üzvlərini siyasi cəsədlər adlandırdığı yerdə, ölkə rifahı naminə rasional qərarlar verən bütün siyasi partiyaları alqışlayıram. Hələ də müəyyən siyasətçilərin, partiyaların cəmiyyətimiz üçün faydalı qərarlar qəbul etməsi üçün qapı açıqdır. Əlbətdə ki, Mixeil Saakaşvili kimi siyasi cəsədlər də var, hansı ki, kriminaldır, konkret işlərdə ittiham olunur. Buna görə də ölkədəki sabitliyi pozmaq və iğtişaşlar yaratmaq üçün əlindən gələni edir, amma bacarmayacaq", - dedi Kaxa Kaladze.


