Marneulidə yerləşən “Tea Housa” yeni rəhbər təyin olunduğu və bu işi icra edən Rəna Nurməmmədova-nın işdən azad edildiyi barədə yerli mediada məlumat yayılıb.
Bununla bağlı InterPress.ge Marneuli Gənclər Mərkəzi ilə əlaqə saxladı.
Marneuli Gənclər mərkəzinin verdiyi məlumatda bildirilir ki, bu yalan məlumatıdır. Hal-hazırda Çay Evinin fəaliyyətini icra edir və eyni zamanda Gənclər Mərkəzinə Rəna Nurməmmədova rəhbərlik edir.
Qeyd edək ki, bu mərkəzə 2012-ci ildən parlamentin deputatı Zaur Darğalının həyat yoldaşı, Rəna Nurməmmədova rəhbərlik edir.
