16 
Mar
2020
22:07
2424

Ölkəmizdə karantində saxlanılanların sayı 1000 nəfəri ötdü

Gürcüstanda koronavirus infeksiyası ilə bağlı karantin nəzarətində saxlanılanların sayı 1008-ə çatıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda bildirilib.

Qeyd olunub ki, stasionar nəzarətdə saxlanılan şəxslərin sayı 64 nəfər təşkil edir.

Bu arada Gürcüstanın baş naziri Giorgi Qaxarianın rəhbərliyi altında Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

Toplantıda bildirilib ki, bu gün ölkədə fövqəladə vəziyyətin elan olunmasına ehtiyac yoxdur və Gürcüstan hökuməti bu barədə qərarı koronavirusla bağlı vəziyyətin inkişafından asılı olaraq qəbul edəcək.

Qeyd edək ki, Gürcüstanda koronavirusa 33 yoluxma halı təsdiqlənib. Onlardan biri bu gün tam sağalaraq evə buraxılıb. İkinci pasiyent də sağalmaq üzrədir. (report)

Bizimlə əlaqə saxlayın