04 
Fev
2021
13:21
10431

Komendant saatı ilə bağlı nazir açıqlama verdi

“Vətəndaşların 21.00-dan 05.00-dək hərəkət məhdudiyyətləri, tənzimləmələrin yumşalmasına paralel olaraq qüvvədə qalır”.

InterPress.ge xəbər verir ki, bu barədə Regional İnkişaf və İnfrastruktur naziri, Baş nazirin müavini Maia Çkitişvili bildirib.

Çkitişvilinin hökumət iclasından sonra söylədiyinə görə, bərpa olunan xidmətlərin həftə sonları dayandırılmasına dair məhdudiyyət də qüvvədə qalır.

"Bələdiyyə nəqliyyatı Tbilisi, Kutaisi və Rustavidə 8 fevral tarixindən etibarən tam olaraq fəaliyyətə başlayacaq, lakin həftə sonları istisna olmaqla. Xatırlatmaq istərdik ki, saat 21: 00-dan 05: 00-dək hərəkət məhdudiyyəti qüvvədə qalacaq bələdiyyə nəqliyyatı həftə sonları çalışmayacaq. Bununla yanaşı, açıq və qapalı bazarlar 8 fevralda açılacaq. Üç böyük şəhərdə tədris 15 fevraldan etibarən sinif otaqlarında bərpa olunacaq. Beləliklə, məktəb prosesi tamamilə bərpa ediləcək. Ancaq valideynlərin və uşaqların onlayn təhsil seçmək imkanı da var", - dedi Çkitişvili.

Bizimlə əlaqə saxlayın