Gürcüstanın hökumət administrasiyasına yeni rəhbər təyin olunub
Kaxaber Kemoklidze hökumət administrasiyasına rəhbərlik edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria bildirib.
Onun sözlərinə görə, Kemoklidze layiqli bir dövlət qulluqçusudur və ölkəyə xidmət etməkdə böyük təcrübəyə malikdir.
"Hökumət administrasiyasının yeni rəhbəri cənab Kakha Kemoklidzeni təqdim etmək istəyirəm. İllərdir komandamızdadır, çalışır, layiqli dövlət qulluqçularından biridir. İllərdir ölkəsinə və komandasına xidmət edir. Ölkəyə xidmət göstərməkdə geniş təcrübəsi var. Son vaxtlar Kaxa Milli Təhlükəsizlik İdarəsinin rəhbəri olub. Cenevrə danışıqları kimi ölkə üçün əhəmiyyətli tədbirlərdə iştirak etdi. Hökümət rəhbərliyinin səmərəli işinə rəhbərlik etmək üçün kifayət qədər biliyə malikdir", - dedi Giorgi Qaxaria.


