04 
Fev
2021
11:54
2126

Gürcüstanda həftəsonu məhdudiyyətlər tətbiq ediləcək

Gürcüstanda pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlər şənbə-bazar günləri qüvvədə saxlanılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə ölkənin Baş naziri Giorgi Qaxaria bildirib.

Hökumət başçısının sözlərinə görə, fevralın 15-dən sonra daha bir neçə məhdudiyyətin aradan götürülməsi nəzərdə tutulub.

Baş nazirin dediyinə görə, məhdudiyyətlərin yüngülləşdirilməsinə əlavə olaraq qaydaların qorunması da sərtləşdirilməlidir.

“Məhdudiyyətlər həftə sonu davam edəcək. Əlavə məhdudiyyətlər 15 fevraldan sonra azaldılacaq. Bu məhdudiyyətlərin azaldılmasının daha da sürətləndirilməsi 1 həftədən sonra müzakirə ediləcəkdir. Növbəti hökumət iclasında vətəndaşlarımıza hansı məhdudiyyətlərin qaldırılacağını deyə biləcəyik".

G.Qaxariya yumşalmalara baxmayaraq, hamını məsuliyyətli olmağa və virusun yayılmaması üçün müvafiq qaydalara ciddi şəkildə əməl etməyə çağırıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər