04 
Fev
2021
11:42
850

Maska taxma qaydasını dəfələrlə pozan şəxslər üçün cərimə artırılır

Maska taxma qaydasının dəfələrlə pozulması halında, sanksiyalar iki dəfə artırılacaqdır.

InterPress.ge xəbər verir ki, bu haqda Baş nazir Giorgi Qaxaria hökumət iclasında açıqlama verib.

Onun sözlərinə görə, məhdudiyyətləri azaltmaqla yanaşı qaydaları sərtləşdirmək vacibdir.

“Bu məhdudiyyətləri azaltmaqla yanaşı, qaydaların sərtləşdirilməsinə də diqqət yetirməliyik. Buna görə qərara gəldik ki, maska taxma pozuntusu dəfələrlə baş verdikdə, müvafiq cərimə iki dəfə artırılacaqdır. Bu çox vacibdir, çünki dünyada pandemiyaya qarşı gəlmək istəyiriksə bunu daha təsirli bir yolla, məsafədən qorunma, testdən keçirmə və daha sonra peyvənd etməkdən başqa çıxışımız ola bilməzdi. Bu qaydalara təsirli şəkildə əməl etmək üçün hər şeyi etməliyik, bu iqtisadiyyatımızın və gündəlik həyatımızın qorunması üçündür "-dedi Giorgi Qaxaria.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər