04 
Fev
2021
10:53
369

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli media qurumları təşəkkürnamə və mükafatla təltif olundu

Fevralın 3-ü Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələrini mükafatlandırıb.

InterPress.ge xəbər verir ki, Mükafata layiq görülən jurnalistlər sırasında InterPress.ge-nin rəhbəri Nahid Qurbanovda iştirak edib.

Bu tədbirdə GAİM-in icraçı direktoru, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin sədri Rafiq Hümbətov Gürcüstan ilə Azərbaycan arasındakı tarixi dostluq və mehriban qonşuluq siyasətindən danışıb, iki ölkə arasında əlaqələrin inkişafında mətbuatın rolunu xüsusi qeyd edib.

Bildirib ki, istər yerli Azərbaycan dilli informasiya portalları, istərsə də Azərbaycanda fəaliyyət göstərən televiziya və informasiya agentliklərinin Gürcüstandakı nümayəndələri dostluq əlaqələrinin daha da möhkəmlənməsində çox böyük işlər görüblər.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun torpaqlarının işğaldan azad olunması istiqamətindəki mübarizəsi və 44 günlük Vətən müharibəsi dövründə mətbuat informasiya müharibəsində də mühüm rol oynayıb. Azərbaycanın haqlı mövqeyi və ədalətli mübarizəsi barədə əsl həqiqətləri məhz bu KİV-lər - AZƏRTAC, AzTv, “report.az”, “interpress.ge”, “24news.ge”, “report.ge”, “aktual.ge”, “gaxa.ge”, “dalgatv.ge”, “marneulifm.ge”, eləcə də yerli televiziyalarda çalışan azərbaycanlı jurnalistlər tərəfindən gürcü və dünya ictimaiyyətinə çatdırılıb.

Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Tamerlan Tağıyev Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlərin inkişafından və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən danışıb.

Bildirib ki, mətbuatın Azərbaycan Prezidentinin və Gürcüstan hakimiyyətinin ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafı və daha da möhkəmləndirilməsi istiqamətindəki siyasi kursu düzgün yerinə yetirməsi bu gün öz bəhrəsini verir.

T. Tağıyev Azərbaycanın Gürcüstandakı səfiri adından jurnalistləri təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

Sonda sözü gedən media rəhbərlərinə GAİM və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin adından təşəkkürnamə və mükafat təqdim olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər