04 
Fev
2021
11:01
558

Gürcüstanda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 583 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 260 480 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 671 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 251 748 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 19 nəfər ölüb və ölənlərin ümumi sayı 3240 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 16 605test aparılmışdır. Bunlardan 9917-si sürətli antigen testi, 6688-i isə PCR testidir.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər