İrakli Ğaribaşvili Azərbaycanın səfiri ilə görüşdü
Gürcüstanın Müdafiə naziri İrakli Ğaribaşvili, Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev ilə təqdimat görüşü keçirdi.
InterPress.ge xəbər verir ki, bu haqda Müdafiyə Nazirliyi məlumat yayır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İrakli Qaribaşvili azərbaycanlı diplomatı səfir təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
“Görüşdə Gürcüstan və Azərbaycan arasındakı dostluq və strateji münasibətlər müzakirə olundu.
Tərəflər Müdafiə Nazirlikləri arasında əməkdaşlığın müsbət dinamikasını müzakirə etdilər.
Görüşlərdə müdafiə sahəsində əməkdaşlıq haqqında müqavilə bağlanması və hərbi təhsil sahəsindəki əlaqələrin əhəmiyyəti də müzakirə edildi.
Görüşün sonunda müdafiə naziri Azərbaycanlı həmkarının Tbilisidə qonaq olacağına ümid etdiyini bildirdi”- Müdafiə Nazirliyinin məlumatında deyilir.


