03 
Fev
2021
15:11
812

Etirazçılar və polis arasında qarşıdurma baş verdi

Bələdiyyə başçısının istefasını tələb edən aksiyanın keçirildiyi Çxorocğu Bələdiyyə Binası yaxınlığında vəziyyət gərginləşib.

InterPress.ge xəbər verir ki, polislə etirazçılar arasında qarşıdurma müxalifət millət vəkillərinin Bələdiyyə Binasına girməsinə icazə verilməməsindən sonra baş verib.

Mülki fəallardan İrakli Kvaraçxelianın verdiyi məlumata görə, millət vəkillərinin binaya daxil olmaq üçün qanuni hüququ var.

Çxorocğu Bələdiyyə Binası qaşısında hal-hazırda sakitlik hökm sürür.

“Bələdiyyə sədri ilə görüş tələb etdik. Şəhər şura üzvləri jurnalistlər və bir neçə vətəndaş aktivistləri ilə birlikdə binaya girməli idilər. Şəhər şurası üzvləri binaya girməyə çalışdılar, ancaq polis buna icazə vermədi, hansı ki polisin bunu etmək hüququ yoxdur.

Nəhayət özləri özlərinə vaxt verilməsini istədilər və şura sədri və ya bələdiyyə başçısı bizimlə danışmaq üçün çıxacaq. İndi gözləmə vəziyyətindəyik", - dedi İrakli Kvaraçxelia.

Etirazçılar şagirdləri binanı təmizləmək üçün bələdiyyə binasına gətirənlərin cəzalandırılmasını tələb edirlər. Bələdiyyənin hadisə ilə əlaqədar cavab verməkdə gecikdiyi bildrilir.

Bizimlə əlaqə saxlayın